12:56 18-12-2020
news_image
142
FUTBOL

Uduza-uduza irəliləyir – yığmamız

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 4 ay öncə açıqlanan siyahıda bir sıra dəyişikliklər baş verib.

Azərbaycan millisi 1319 xalla 72-ci yerdə qərarlaşıb. Hesabat dövründə Avropa çempionatının Polşa və Çexiya ilə seçmə oyunlarında eyni – 0:3 hesabı ilə uduzan yığmamız ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib. Komandamız avqustda 1326 xalla dünyanın 76-cısı idi.

Qeyd edək ki, siyahıya ABŞ (2192), Almaniya (2091), Fransa (2032) yığmaları başçılıq edir.