13:17 18-12-2020
news_image
133
FUTBOL

“Mançester Yunayted”lə müqavilə bağladı - Runi

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin oğlu Kay Runi atasının vaxtilə formasını geyindiyi “Mançester Yunayted”də çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, 11 yaşlı Kay “qırmızı şeytanlar”la müqavilə bağlayıb.

Anlaşmaya əsasən, o, bundan sonra o, “mankunianlar”ın akademiyasında futbolun sirlərini öyrənəcək. Klub ona vaxtilə atasının geyindiyi 10 nömrəli formanı verib.

Qeyd edək ki, Ueyn Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”in heyətində 611 oyun keçirib, 287 qol vurub. 35 yaşlı forvard hazırda “Derbi”nin uğurları üçün çalışır.