13:38 18-12-2020
news_image
172
FUTBOL

Özilə “Fənərbaxça”dan təklif - meneceri təsdiqlədi

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özil Türkiyəyə yollana bilər.

Apasport.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçunun meneceri Erkut Söyüt məlumat verib.

O, Almaniya millisinin sabiq üzvünün mövsümün sonunda “Fənərbaxça”ya keçə biləcəyini istisna etməyib: “Məsutun “Arsenal”la hələ 6 aylıq müqaviləsi var. Futboldan ötrü çox darıxıb. Hazırda “Arsenal”ın formasını yenidən geyinmək üçün çox çalışır. Dünyanın hər yerindən təkliflərimiz var. Məsələn, “Fənərbaxça” ilə danışığımız olub. Klubun rəhbər şəxsləri ilə üzbəüz söhbət etmişəm. Ancaq rəsmi danışıq üçün yanvarı gözləməliyik. Görünən odur ki, futbolçu mövsümü “Arsenal”da başa vuracaq”.

Qeyd edək ki, Məsut Özillə maraqlanan klublar arasında MLS təmsilçiləri “İnter Mayami”, “Di Si Yunayted” və “Los Anceles Qalaksi” də var.