14:20 18-12-2020
news_image
192
FUTBOL

Həyat yoldaşı vəfat etdi - İqor Getmanın

Daha bir futbol veteranının ailəsində itki olub.

Apasport.az xəbər verir ki, “Neftçi”nin sabiq futbolçusu və əməkdaşı İqor Getmanın həyat yoldaşı vəfat edib.

Bu barədə klub tvitter səhifəsi vasitəsilə məlumat yayıb. Lakin Getmanın həyat yoldaşının ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, iki gün əvvəl Kamran Ağayevin, bu gün isə Kənan Kərimovun atasının koronavirusdan vəfat etdiyi açıqlanıb.