14:52 18-12-2020
news_image
117
FUTBOL

“Mançester Siti”dən ayrılacağı açıqlandı – braziliyalı futbolçunun

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Yan Kouto maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında İspaniya “Jirona”sında çıxış edən 18 yaşlı sağ cinah müdafiəçisi “şəhərlilər”in yarımmüdafiəçisi Fernandinyonun komandadan ayrılacağını açıqlayıb.

Braziliyalı oyunçu bunu ona həmyerlisinin söylədiyini deyib: “Bir həftə “Mançester Siti”də oldum. Fernandinyo məni nahara dəvət etmişdi. Onunla dostam, həmişə mesajlaşırıq. Təəssüf ki, Fernandinyo ilə bir yerdə oynamaq qismət olmayacaq. Çünki mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını dedi”.

Qeyd edək ki, 2013-cü ildən “Mançester Siti”də çıxış edən Fernandinyonun müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.