16:33 18-12-2020
news_image
103
FUTBOL

“Sabah” uduzdu, “Kəpəz” qalib gələ bilmədi - I divizionda

Azərbaycan çempionatının I divizionda XI tur start götürüb.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə üç matç baş tutub.

“Zaqatala” öz meydanında “Sabah”ın ikinci komandasını darmadağın edib. 7 qolun vurulduğu oyunda “Keşlə-2” “Qaradağ Lökbatan”ı üstələyib. Bu görüşdə rəqiblər hərəyə bir avtoqola üzülüb. “Kəpəz” “Sumqayıt”ın əvəzediciləri ilə qarşılaşmada xal itkisi ilə üzləşib.

Qeyd edək ki, I divizionda 2020-ci ilin son iki matçı sabah baş tutacaq.

I divizion
XI tur
18 dekabr
“Zaqatala” – “Sabah-2” – 3:0
Rəhman Şabanov, 34, Bəhruz Teymurov, 58, Ramin Əhmədov, 75

“Keşlə-2” – “Qaradağ Lökbatan” – 4:3
Emin Quliyev, 27, Elvin Sərkərov, 71 (avtoqol), Elmir Rəhimzadə, 77, Elnur Süleymanov, 81 - Nizami Səmədov, 59, Sərcan Omarov, 78 (avtoqol), Hüseyn Hüseynli, 90+4 

“Kəpəz” – “Sumqayıt-2” – 2:2
Ruslan Süleymanov, 46, Emil Qasımov, 47 - Elçin Əsədov, 24, Rüstəm Hümbətov, 42

1

Turan Tovuz

10

7

3

0

17-5

24

2

Sabah-2

11

6

2

3

19-11

20

3

Zaqatala

11

6

1

4

23-15

19

4

Qarabağ-2

10

6

1

3

17-9

19

5

Neftçi-2

10

5

3

2

16-10

18

6

Kəpəz

11

4

4

3

17-12

16

7

Keşlə-2

11

3

1

7

14-28

10

8

Sumqayıt-2

11

2

3

6

14-24

9

9

Qaradağ Lökbatan

11

1

3

7

8-19

6

10

MOİK

10

1

3

6

11-23

6

Bombardirlər: Bəhruz Teymurov ("Zaqatala") – 8, Vidadi Cəfərov ("Turan Tovuz") - 7 qol.