16:42 18-12-2020
news_image
100
FUTBOL

“Barselona” iddiasına aydınlıq gətirdi - Xavi

Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi Ernandes ölkəsi İspaniyaya qayıdacağı ilə bağlı yayılan söz-söhbətə son qoyub.

Apasport.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis “Barselona”da prezidentliyə namizədlərin baş məşqçi postuna gətirmək istəməsinə baxmayaraq, sevimli komandasına qayıtmağa hazırlaşmır.

“Barselona”nın əfsanəsi 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatına qədər həmin ölkəni tərk etmək fikrindən uzaqdır: “Tezliklə karyeramda növbəti addımı atma anı gələ bilər. Ancaq hazırda diqqətim burada vaxt keçirməkdir. Qətərin 2022-ci ildə uğurlarında kiçik rol oynamaq istəyirəm”.

Qeyd edək ki, Xavi Ernandes 2019-cu ildən “Əl-Sədd”lə rəhbərlik edir.