16:58 18-12-2020
news_image
94
FUTBOL

1/8 finalın püşkü atıldı – Türkiyə kubokunda

Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur futbolçuları Rüştü Rəçbər və Hamit Altıntopun iştirakı ilə keçirilən püşkatmada cütlüklər müəyyənləşib.

Yoluna davam edən 16 komandadan 14-ü Super Liqa təmsilçiləridir. Aşağı liqa komandalarından “Adana Dəmirspor” “Sivasspor”la, “Tuzlaspor” isə “Başakşəhər”lə qarşılaşacaq.

Böyük klublardan “Fənərbaxça” və “Beşiktaş” rəqiblərini öz meydanında qəbul edəcəksə, “Qalatasaray” səfər matçına çıxacaq.

“Konyaspor” – “Qaziantep”
“Fənərbaxça” – “Kasımpaşa”
“Beşiktaş” – “Rizəspor”
“Bursaspor” – “Antalyaspor”
“Sivasspor” – “Adana Dəmirspor”
“Yeni Malatyaspor” – “Qalatasaray”
“Alanyaspor” – “Ərzurumspor”
“Tuzlaspor” – “Başakşəhər”

Bir oyundan ibarət olacaq mərhələnin görüşləri 2021-ci il 12-14 mart tarixlərində keçiriləcək.