17:18 18-12-2020
news_image
88
FUTBOL

Amerikalılar klub alır – Premyer Liqada

İngiltərənin “Bernli” klubu sahibini dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi ABŞ-dan olan investorların maraq dairəsinə düşüb.

“ALK Capital” şirkəti İngiltərə klubunu 200 milyon funt sterlinqə almağı planlaşdırır. Sabiq bankir Alan Peysin rəhbərlik etdiyi şirkət “Bernli”nin alınması ilə bağlı danışıqlara başlayıb.

Mayk Qerlikin başçılıq etdiyi Premyer Liqa təmsilçisinin rəhbərliyi də bunun əleyhinə deyil. Onlar Premyer Liqanın razılığını almaq üçün işə başlayıb.

Şimali amerikalılar alqı-satqını qısa zamanda həll etmək arzusundadır. Çünki onlar qış transfer dövründə heyəti gücləndirməyi də lazım bilir.

Qeyd edək ki, Peys ötən il idman funksioneri Deyv Çekettslə birlikdə “Şeffild Yunayted”i almaq istəsə də, cəhdi uğursuz alınmışdı.