17:26 18-12-2020
news_image
116
FUTBOL

“Barselona” ulduz futbolçusunu satır – Pedriyə görə

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Filipp Koutinyonu satmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisini buna gənc futbolçulara daha çox üstünlük vermək istəyi vadar edir.

Rəhbərlik 18 yaşlı Pedrinin meydanda daha çox olması və inkişafının sürətlə getməsi üçün Koutinyonu artıq qış fasiləsində yola salmaq fikrindədir. Digər tərəfdən Braziliya millisinin üzvünün yüksək məvacib alması da bu qərarda mühüm rol oynayır.

Qeyd edək ki, yayda icarədən qayıdan Koutinyo bu mövsüm La Liqada keçirdiyi 9 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.