17:57 18-12-2020
news_image
166
FUTBOL

Baş məşqçi ilə müqaviləni uzatmayacaq - PSJ

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxellə müqaviləni uzatmayacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb klub rəhbərliyinin almaniyalı mütəxəssisdən narazı olmasıdır.

Bu üzdən 2021-ci ilin yayında başa çatacaq anlaşma yenilənməyəcək. Parislilər hətta yeni baş məşqçi ilə bağlı axtarışlara da başlayıb.

Liqa1 təmsilçisi Massimiliano Alleqri və Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirir. Hər iki mütəxəssis hazırda işsiz olduğundan yayda Fransa klubunun “sükanı arxası”na keçmək şansları yüksək qiymətləndirilir.