18:06 18-12-2020
news_image
220
STOLÜSTÜ OYUNLAR

“Tata Steel” turnirindən imtinasının səbəbini açıqladı - Şəhriyar Məmmədyarov

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Tata Steel” turnirində iştirak etməməsinin səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qrossmeyster bu barədə instaqram səhifəsində paylaşım edib.

O, səbəb kimi koronavirusa yoluxmasını göstərib: "Əziz dostlar və şahmatsevərlər! “Tata Steel” turnirində əvəz olunmağıma aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVİD-19 virusuna yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım. Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm. Buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Jeroen van den Bergdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim”.

O, növbəti illərdə turnirə qatılmaq arzusunu gizlətməyib: “Ümüdvaram ki , “Tata Steel” turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarımla sevindirmək imkanım olacaq”.

Məmmədyarov eyni zamanda həkimlərə təşəkkürünü də bildirib: “Fürsətdən istifadə edərək, qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm. Hamınız xoşbəxt və sağlam olun!”