22:30 18-12-2020
news_image
355
FUTBOL

“Qarabağ”la bağlı qərarını açıqladı - UEFA

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilməyən “Vilyarreal" - "Qarabağ" oyunu ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, qitə futbol qurumu rəsmi saytı vasitəsilə Azərbaycan çempionuna texniki məğlubiyyətin (0:3) verildiyini elan edib.

Oyunun baş tutmamasına səbəb Ağdam klubunda koronavirusa kütləvi yoluxma və zədəlilərin çoxluğu səbəbindən lazımi sayda oyunçunun olmaması idi. Bu nəticə komandaların yer aldıqları qrupda mövqelərinə təsir etməyib. Qrup birincisi olan İspaniya klubu xallarının sayını 16-ya çatdırıbsa, “Qarabağ” 1 xalla sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, “Vilyarreal” – “Qarabağ” görüşü dekabrın 10-da keçirilməli idi.