22:41 18-12-2020
news_image
104
FUTBOL

Ayın futbolçusu seçildi – Erlinq Haland

Almaniya Bundesliqasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar bu ada Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı layiq görüblər.

Ötən ay ərzində “Herta” ilə görüşdə (5:2) pokerə imza atan 20 yaşlı norveçli “Bavariya”nın (2:3) qapısından da bir top keçirib. O, yalnız “Köln”lə matçı (1:2) qolsuz başa vurub.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə verib.