23:13 18-12-2020
news_image
206
FUTBOL

Qırmızı vərəqə almasının səbəbi - Fatih Terimin

Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyun “Qalatasaray” üçün uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, səfər matçında 1:2 hesabı ilə məğlub olan “cim-bom”da baş məşqçi Fatih Terim 69-cu dəqiqədə texniki zonadan qovulub.

Oyun ərzində bir neçə dəfə baş hakim Mustafa Öyretmenoğlunun qərarlarına etiraz edən təcrübəli mütəxəssis 69-cu dəqiqədəki epizod zamanı “sən necə hakimsən?” deyə qışqırıb. Bu səbəbdən referi qırmızı vərəqə ilə onu texniki zonadan qovub.

Terim tribunalara tərəf yollanarkən daha ağır ifadələr işlədib: “Evdə danışarsan ki, Fatih hocanı qovdum. Tərbiyəsiz, əxlaqsız. Sən nə futbolu, nə də hakimliyi bilirsən. Səndən gözətçi də olmaz”.

Qeyd edək ki, “Qalatasaray” hazırda 23 xalla turnir cədvəlinin ikinci, “Fatih Karagümrük” isə 20 xalla dördüncü pillədə qərarlaşıb.