10:32 19-12-2020
news_image
133
FUTBOL

Qətər klubu ilə anlaşdı - dünya çempionu

Fransa yığmasının və PSJ klubunun sabiq baş məşqçisi Loran Blanın işsiz günləri başa çatıb.

Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis bundan sonra Qətərdə fəaliyyət göstərəcək.

Fransa mətbuatının iddiasına görə, Blan “Əl-Rayan” klubu ilə anlaşıb. Tezliklə təqdimatı olacaq fransalının köməkçilərindən biri isə “Monako” və “Marsel”də çıxış etmiş Frank Passi olacaq.

Qeyd edək ki, Loran Blan son komandası olan PSJ-dən 2016-cı ildə ayrılıb. O, bir dəfə “Bordo”, üç dəfə isə PSJ ilə Fransa çempionu olub. Blan futbolçu karyerası ərzində isə dünya (1998) və Avropa çempionu (2000) tituluna sahib çıxıb.