10:41 19-12-2020
news_image
84
FUTBOL

ABŞ-da ən yaxşı seçildi – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni ölkəsi ABŞ-da 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, azarkeşlərlə aparılan sorğunun nəticəsində 44 faiz səs toplayan 22 yaşlı oyunçu hamını qabaqlayıb.

İkinci yeri “Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç (27 faiz), üçüncü yeri isə “Barselona”nın müdafiəçisi Serjinyo Dest (14 faiz) tutub. 2019-cu ildə bu titula Pulişiç layiq görülmüşdü.

Qeyd edək ki, müqavilə ilə “Şalke”yə məxsus olan Ueston Makkenni “Yuventus”da icarə əsasında çıxış edir.