11:54 19-12-2020
news_image
386
FUTBOL

Koronavirus testinin cavabını açıqladı – “Qarabağ”

Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, bu gün nəticələrin cavabı bilinib.

Bütün komandadan götürülən testin nəticəsində yeni yoluxma faktı aşkarlanmayıb. Ağdam təmsilçisində aktiv xəstə olan qapıçı Şahruddin Məhəmmədəliyev və hücumçu Xayme Romeronun 14 günlük karantin müddəti başa çatmadığından, onlar Qəbələyə aparılmayıb.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 15:00-da başlayacaq.