13:04 19-12-2020
news_image
220
FUTBOL

22 yaşında karyerasını bitirə bilər – “Barselona”nın futbolçusu

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Mussa Vaqe karyerasını bitirə bilər.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında PAOK-da çıxış edən 22 yaşlı sağ cinah oyunçusu Yunanıstan çempionatında “Aris”lə görüşdə zədələnib.

Komandanın 0:1 hesabı ilə məğlub olduğu matçda qapıya gedən topu çıxarmaq istəyən Seneqal millisinin üzvü dirəyə çırpılıb. Tibbi müayinə zamanı onun dizindəki yan, arxa və ön çarpaz bağlarında qopma aşkarlanıb. Bu ağır xəsarətdən sonra həkimlər Vaqenin karyerasını bitirmə ehtimalının olduğunu bildiriblər. Futbolçu Barselonada əməliyyat olunacaq.

Qeyd edək ki, Mussa Vaqe bu mövsüm Yunanıstan Super Liqasında 7 oyun keçirib, 1 məhsuldar ötürmə verib.