15:01 19-12-2020
news_image
107
FUTBOL

“Real” və “Barselona” variantından danışdı – Salah

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah İspaniya klublarının maraq dairəsində olmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, “Real” və “Barselona”dan təklif alan misirli forvard bu keçidi istisna etməyib.

Ulduz futbolçu bunun “qırmızılar”dan asılı olacağını sözlərinə əlavə edib: “Real” və “Barselona” İspaniyanın ən yaxşı klublarıdır. Gələcəkdə nə olacağını heç kim bilmir. Hazırda diqqətimi “Liverpul”la yenidən Premyer Liqanı və Çempionlar Liqasını qazanmağa yönəltmişəm. Gələcəyimə gəlincə, çətin sualdır. Onu deyə bilərəm ki, hər şey klubun əlindədir”.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”un formasını geyinən Məhəmməd Salah cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyunda 11 qol vurub.