15:41 19-12-2020
news_image
184
FUTBOL

Məşqçisi ilə vidalaşdı - "Neftçi

"Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyano ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ispaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mario Kastelyano bu ilin yanvarından "Neftçi”də çalışıb.