19:11 20-12-2020
news_image
703
FUTBOL

“Qarabağ” və “Zirə” büdrədi – “Neftçi” liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında 19 günlük fasilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasına yoluxmalar səbəbindən təxirə salınan XII turun bütün oyunları bu gün keçirilib.

Peşəkar Futbol Liqası turu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT turu” elan edib. Komandalar meydana plakatlarla çıxıb və oyunlardan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış matçı Qəbələdə olub. Lider “Qarabağ” ilk dövrədə məğlub etdiyi “Qəbələ”nin qonağı olub. Üç aydır Premyer Liqada uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməyi bacarıb. Lakin son dəqiqələrdə qol buraxan Qurban Qurbanovun yetirmələri 1 xalla kifayətlənib.

“Qarabağ”la eyni sayda xal toplayan “Zirə” birinci pilləyə yüksəlmək şansını qaçırıb. “Sumqayıt”ı qəbul edən bakılılar iki dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda 1 xala sevinməli olublar. Rəşad Sadıqovun kollektivi məğlubiyyətsiz oyunlar seriyasını 6-ya yüksəltsə də, bu, liderliyi ələ keçirmək üçün yetərli olmayıb. “Gənclik şəhəri” təmsilçisi isə 3 turdan sonra aktivinə xal yazdıra bilib.

Autsayder “Səbail” ondan cəmi 3 xal öndə olan “Keşlə” ilə üz-üzə gəlib. Baş məşqçilərin koronavirusa yoluxduğu üçün iştirak etmədikləri görüşdə “Səbail” erkən qollar sayəsində qələbə qazanaraq, nəinki son pillədən qurtulub, hətta 5-ci yerə qədər irəliləyib.

Tura “Bank Respublika Arena”da yekun vurulub. Liderlər qrupunda qərarlaşan “Neftçi” autsayderlər zonasında yer alan “Sabah”ın qonağı olub. “Qarabağ” və “Zirə” büdrədiyindən, qələbə “Neftçi”ni 1-ci pilləyə yüksəldib. Rəqibini məğlub edən Samir Abasovun komandası liderliyi ələ keçirib. “Sabah” isə turnir cədvəlinin “zirzəmi”sindən yaxa qurtara bilməyib.

Qeyd edək ki, Premyer Liqada XIII turun oyunları dekabrın 24-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XII tur
20 dekabr

15:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: 
Rafael Utriq, 83 - Filip Ozobiç, 51
Qırmızı vərəqə: Rövlan Muradov, 70
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 14. Cavid Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Donald Gerye, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Səbail” - 0:2
Qollar: 
Urfan Abbasov, 11, Əfran İsmayılov, 17
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriges, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 39. Elnur Süleymanov, 87. Tunar Mütəllimov, 97. Xəzər Mahmudov
Məşqçi: Zaur İsmayılov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 77. Ədilxan Qarəhmədov
Məşqçi: Vüqar Məmməd
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt” - 2:2
Qollar: 
Ağabala Ramazanov, 56, Qismət Alıyev, 62 - Murad Xaçayev, 11, Rəhim Sadıxov, 57
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 9. Əli Qurbani, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:15. “Sabah” – “Neftçi” - 0:2
Qollar: 
Namiq Ələsgərov, 45+3 (pen.), 65
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Sabah”: 12. Alvaro Villete, 7. Coşqun Diniyev (k), 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriges, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 29. Sabir Buqrin, 13. Prins İbara, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”

1

Neftçi

12

6

3

3

13-13

21

2

Qarabağ

11

5

5

1

28-8

20

3

Zirə

12

5

5

2

14-11

20

4

Sumqayıt

12

4

4

4

15-18

16

5

Səbail

11

3

4

4

13-13

13

6

Keşlə

12

3

4

5

12-18

13

7

Qəbələ

12

2

6

4

10-19

12

8

Sabah

12

3

1

8

11-16

10

Bombardirlər: Namiq Ələsgərov (“Neftçi”) - 8 qol, Filip Ozobiç (“Qarabağ”) - 7.