22:12 19-12-2020
news_image
148
FUTBOL

Nəhənglərin qənimi – “yarasalar”

İspaniyanın “Valensiya” klubu La Liqanın nəhənglərinin qəniminə çevrilib.

Apasport.az saytının məlumatına görə, bu gün “Barselona”nı büdrədən (2:2) “yarasalar” son 10 ildə ölkənin iki ən böyük klubundan hamıdan çox qoparıb.

Valensiyanın eyniadlı təmsilçisi bu müddətdə “Real”la “Barselona” ilə çempionat matçlarında 49 xal qazanıb. Bunlardan 26-sı paytaxt təmsilçisi, 23-ü kataloniyalılarla görüşlərə təsadüf edib.

“Atletiko” iki nəhəngdən 41, “Real Sosyedad” 31, “Vilyarreal” 30 xal alıb.