
14:45
Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, mükafatı Cənubi Koreyanın “Ulsan” klubu qazanıb.
Həlledici qarşılaşmada İran təmsilçisi “Persepolis”lə görüşən koreyalılar 2:1 hesablı əzmkar qələbəyə sevinib. Qətərdəki matç həm də dünya çempionatına vəsiqənin sahibini müəyyənləşdirib. “Ulsan” 2021-ci ilin fevralında baş tutacaq klublararası dünya çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, mundial fevralın 1-11-də Qətərdə keçiriləcək.