12:09 20-12-2020
news_image
93
FUTBOL

Daha bir stadiona adı veriləcək - Maradonanın

Daha bir stadion Dieqo Maradonanın adını daşıyacaq.

Apasport.az saytının məlumatına görə, əfsanəvi argentinalının adı ölkəsindəki “Uniko de La-Plata” arenasına veriləcək.

“Ximnasiya” və “Estudiantes”in ev oyunlarını keçirdiyi La-Platadakı stadionun adı “Uniko de La-Plata Dieqo Armando Maradona” olaraq dəyişdiriləcək. Arena 50 min tamaşaçı tutumuna malikdir. Maradona 2019-2020-ci illərdə “Ximnasiya”ya rəhbərlik edib.

Bir müddət əvvəl Argentina millisinin keçmiş kapitanının adı şərəfini qoruduğu “Napoli” klubu stadionuna verilmişdi.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində ürək çatışmazlığından vəfat edib.