12:30 20-12-2020
news_image
77
FUTBOL

4 ayda 67 miqrant öldü – DÇ-2022-nin hazırlığı zamanı

Qətərdə keçiriləcək dünya çempionatı üçün binaların inşası zamanı Nepal Federativ Demokratik Respublikasından gələn 67 miqrant vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı xaricdə işləyənlərin qeydiyyatı üzrə Nepal komitəsi yayıb.

Bildirilib ki, 16 iyul 2019 – 15 iyul 2020-ci illər aralığında Qətərdə çalışan 104 nəfər ölmüşdüsə, son dörd ayda təkcə tikintidə işləyən 67 miqrant koronavirusdan ölüb. Qəzalar bu statistikaya əlavə edilməyib.

Bundan başqa, onlarla ailə yaxınlarının cəsədlərini qəbul etmək üçün bir neçə ay gözləməli olub. Çünki beynəlxalq hava uçuşu karantin səbəbindən məhdudlaşdırılıb. Yalnız 24 ailə Qətərdəki qohumlarının yandırılmasına icazə verib.

Qeyd edək ki, dünya çempionatın 2022-ci il 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.