13:56 20-12-2020
news_image
126
FUTBOL

Aftandil Hacıyevin əvəzləyicisi bilindi – “Səbail”də

“Səbail”i Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə” ilə səfər oyununa çıxaracaq mütəxəssisin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Aftandil Hacıyevin funksiyasını onun köməkçisi Emin Ağayev yerinə yetirəcək.

Buna səbəb Hacıyevin koronavirusa yoluxmasıdır. Bugünkü matçda baş məşqçinin vəzifəsini məhz Ağayev icra edəcək.

Qeyd edək ki, “ASK Arena”da keçiriləcək “Keşlə” – “Səbail” oyunu saat 16:00-da başlayacaq.