14:24 20-12-2020
news_image
163
FUTBOL

Yığmadan imtina etdi – başqa milli üçün

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Aaron van-Bissaka Konqo Demokratik Respublikasının yığmasından imtina edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb 23 yaşlı sağ cinah oyunçusunun İngiltərə millisində oynamaq istəməsidir.

Konqo DR-nin U-20 və İngiltərənin U-21 yığmalarında çıxış etmiş van-Bissaka birincilərdən rəsmi təklif alsa da, rədd cavabı verib. Aaron AVRO-2020-nin seçmə mərhələsində Kosovo və Bolqarıstanla oyunlara İngiltərənin əsas komandasından dəvət alsa da, meydana çıxmamışdı.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 11 oyunda 1 qol vuran Aaron van-Bissaka İngiltərədə anadan olub.