17:52 20-12-2020
news_image
127
FUTBOL

“Qəbələdə oynamaq bizim üçün hər zaman çətin olub” – Qurban Qurbanov

“Danışılacaq çox şey yoxdur. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasının qələbəni son anda əldən verməsinə və 1:1 hesablı heç-heçə etməsinə baxmayaraq, yetirmələrindən razılıq bildirib: “Fikirləşirəm ki, yenə də 1 xal qazandıq. Ümumən futbolçular pis oynamadı, hər matçda bu qədər qol epizodları yaratmaq olmur. Qəbələdə oynamaq bizim üçün hər zaman çətin olub. Rəqibə növbəti görüşlərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” növbəti turda dekabrın 24-də “Zirə” ilə qarşılaşacaq.