21:02 20-12-2020
news_image
117
FUTBOL

Təəssüfü – “Sabah”ın baş məşqçisinin

“Birinci hissədə bərabər səviyyəli oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis komandasının evdə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirib: “Təəssüf ki, ilk hissənin son dəqiqəsində penaltidən qol buraxdıq. İkinci hissəyə “Neftçi” daha yaxşı başladı. Rəqib qol vurduqdan sonra bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Məncə, bu şanslardan yararlana bilsəydik, nəticə başqa cür ola bilərdi”.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın XIII turu çərçivəsində dekabrın 24-də “Sumqayıt”ın qonağı olacaq.