10:26 02-08-2008
news_image
439
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Qran-Pri turnirində liderlər qrupunda qərarlaşıb

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri hesabat turunda xal itkisi ilə üzləşiblər. Turnirə qələbə ilə başlayan Teymur Rəcəbov rusiyalı Dmitri Yakovenko, Vüqar Həşimov isə israilli Boris Qelfandla heç-heçə edib. Hesabat turu çərçivəsində Qata Kamski (ABŞ) Vasili İvançuka (Ukrayna), Levon Aronyan (Ermənistan) David Navaraya (Çexiya), İvan Çeparinov (Bolqarıstan) Pyotr Svidlerə (Rusiya) qalib gəlib. Aleksandr Qrişuk (Rusiya) - Məhəmməd Əl Modiaki (Qətər) və Sergey Karyakin (Ukrayna) - Van Yue (Çin) görüşlərində qalib müəyyənləşməyib. İki oyundan sonra 5 qrossmeyster 1,5 xalla turnir cədvəlinə başçılıq edir ki, onların sırasında T.Rəcəbov da yer alıb. V.Həşimov liderlərdən yarım xal geri qalır. Bu gün III tur çərçivəsində təmsilçilərimiz bir-bir ilə qarşılaşacaqlar.