22:22 20-12-2020
news_image
127
FUTBOL

İlin ən yaxşı futbolçusu seçildi – ilk dəfə

Norveçdə 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu ada Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland layiq görülüb.

Norveç millisinin rəsmi tvitter səhifəsi 20 yaşlı forvardın ən çox səslə ölkədə ilin futbolçusu adına yiyələndiyini açıqlayıb. O, ilk dəfə ölkəsinin ən yaxşısı mükafatını qazanıb. Haland bu günlərdə 21 yaşına çatmamış oyunçulara verilən “Qızıl oğlan” mükafatını da alıb.

Qeyd edək ki, “Borussiya”ya bu ilin əvvəlində 20 milyon avroya “Zalsburq”dan keçən Erlinq Haland cari mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə verib.