22:30 20-12-2020
news_image
110
FUTBOL

Premyer Liqa tarixində ilk – 3 dəqiqəyə dubl

İngiltərə Premyer Liqasının XIV turunda “Lids”i qəbul edən “Mançester Yunayted” 6:2 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu görüşdə “qırmızı şeytanlar”ın futbolçusu Skott Maktominey unikal göstəriciyə imza atıb.

Matçın 2 və 3-cü dəqiqələrində fərqlənən yarımmüdafiəçi ilk üç dəqiqədə dubl edən birinci futbolçu kimi, Premyer Liqa tarixinə düşüb. 90 dəqiqə meydanda qalan 24 yaşlı orta sahə oyunçusu bir qolun da məhsuldar ötürməsini verib.

Qeyd edək ki, “Mançester Yunayted” bu qələbə ilə 26 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib.