01:08 21-12-2020
news_image
200
FUTBOL

“Lester” 2-ci pilləyə yüksəldi - “Mançester Yunayted”in oyununda 8 qol

İngiltərə Premyer Liqasında XIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, günün ən diqqətçəkən matçı paytaxt Londonda keçirilib.

Turnir cədvəlində qonşu olan “Tottenhem”lə “Lester” üz-üzə gəlib. Hər hissədə rəqib qapısından bir top keçirən “Lester” 2-ci pilləyə yüksəlib.

Premyer Liqada keçirdiyi son 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə edən “Mançester Yunayted” “Lids”i sınağa çəkib. 8 qolun vurulduğu görüşə “qırmızı şeytanlar” darmadağına sevinib.

Ötən turda “Mançester Siti”ni büdrədən “Vest Bromviç” isə Sem Ellardaysın rəhbərliyi altında çıxdığı ilk matçda ortabab “Aston Villa”ya böyük hesabla məğlub olub.

Turun son iki görüşü dekabrın 21-də keçiriləcək. “Bernli” “Vulverhempton”u (21:30), “Çelsi” isə “Vest Hem”i (00:00) qəbul edəcək.

İngiltərə Premyer Liqası
XIV tur
20 dekabr
“Brayton” – “Şeffild Yunayted” – 1:1

Uelbek, 87 – Boqle, 63
“Tottenhem” – “Lester” – 0:2
Vardi, 45+4 (pen.), Alderveyreld, 59 (avtoqol)
“Mançester Yunayted” – “Lids” – 6:2
Maktominey, 2, 3, Fernandes, 20, 70 (pen.), Lindelöf, 37, Ceyms, 66 – Kuper, 41, Dallas, 73
“Vest Bromviç” – “Aston Villa” – 0:3
El-Qazi, 5, 87 (pen.), Traore, 84

1

 Liverpul

14

9

4

1

36-19

31

2

 Lester

14

9

0

5

26-17

27

3

 Mançester Yunayted

13

8

2

3

28-21

26

4

 Everton

14

8

2

4

25-19

26

5

 Tottenhem

14

7

4

3

25-14

25

6

 Sauthempton

14

7

3

4

25-19

24

7

 Mançester Siti

13

6

5

2

19-12

23

8

 Çelsi

13

6

4

3

26-14

22

9

 Aston Villa

12

7

1

4

24-13

22

10

 Vest Hem

13

6

3

4

21-16

21

11

 Vulverhempton

13

6

2

5

13-17

20

12

 Nyukasl

13

5

3

5

17-22

18

13

 Kristal Pelas

14

5

3

6

19-25

18

14

 Lids

14

5

2

7

24-30

17

15

 Arsenal

14

4

2

8

12-18

14

16

 Brayton

14

2

6

6

16-22

12

17

 Fulhem

14

2

4

8

13-23

10

18

 Bernli

12

2

4

6

6-18

10

19

 Vest Bromviç

14

1

4

9

10-29

7

20

 Şeffild Yunayted

14

0

2

12

8-25

2