09:12 21-12-2020
news_image
66
FUTBOL

“Atalanta” müdafiəçinin keçidini razılaşdırdı – 8 milyona

İtaliyanın “Atalanta” klubunun heyətinə qatacağı futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Belçika “Genk”inin müdaifəçisi Yoakim Mehle karyerasını Berqamo təmsilçisində davam etdirəcək.

23 yaşlı danimarkalının keçidi barədə razılıq əldə olunub. Onun transferi 8 milyon avroya gerçəkləşəcək. “Genk”in keçiddən qazancı bonuslar hesabına daha çox da ola bilər.

Mehlenin transferi yanvarda baş tutacaq. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər olacaq.

Qeyd edək ki, Yoakim cari mövsüm Belçika çempionatında 16 oyuna 1 qol vurub.