10:11 21-12-2020
news_image
126
FUTBOL

Hakimlikdən rəsmi narazılıq – “Real”a görə

İspaniya La Liqasının XIV turunda “Real”a 1:3 hesabı ilə məğlub olan “Eybar” klubu oyunun hakimliyindən rəsmi narazılıq bildirib.

Apasport.az saytının məlumatına görə, komanda, xüsusən də, 81-ci dəqiqədəki qərara etiraz edib.

Baş məşqçi Xose Luis Mendilibar hesab 1:2 olarkən cərimə meydanında rəqibin kapitanı Serxio Ramosun qoluna dəyən topa referi Munuera Monteronun reaksiyasını bəyənmədiklərini söyləyib: “Nə baş verdiyini bilmirik. Bu həftə topa əllə müdaxilə çox oldu. Zərbədən sonra Ramos topu dirsəyi ilə qaytarsa da, hakim 20 saniyə ərzində qərar verdi. Halbuki belə epizodlar təkrar bir neçə dəfə izlənilir, 2-3 dəqiqə vaxt sərf edilir”.

Qeyd edək ki, hazırda “Real” 29 xalla turnir cədvəlinin 2-ci, “Eybar” isə 15 xalla 14-cü pilləsində qərarlaşır.