10:16 21-12-2020
news_image
69
FUTBOL

Ən çox oynayan futbolçular – Maquayr hamıdan öndə

2020-ci ildə ən çox oynayan futbolçuların adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası oyunçuların meydanda keçirdiyi dəqiqələr üzrə hesabat hazırlayıb.

Dekabrın 18-dək olan müddəti əhatə edən araşdırmada Harri Maquayr birinci olub. İl ərzində 53 matça çıxan “Mançester Yunayted”li 4745 dəqiqə meydanda olub.

Braziliyanın “İnter” klubunun qapıçısı Marselo Lomba ikinci sıradadır. O, 4740 dəqiqə oynayıb. O, həm də qolkiperlərin cədvəlinin lideridir.

Sahə oyunçuları arasında Ruben Dias (“Mançester Siti”) 4344 dəqiqə ilə ikinci, Lionel Messi (“Barselona”) 4293 dəqiqə ilə üçüncüdür.

Qolkiperlərin cədvəlində Veverton Pereyra (“Palmeyras”) 4728, Fernando Prass (“Çeara”) 4620 dəqiqə ilə “üçlük”də yer alıb.