
00:19
Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib.
“Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.