11:23 21-12-2020
news_image
72
FUTBOL

Milli üzvünü itirdi – “Bavariya”

Almaniya Bundesliqasının XIII turunda “Bayer” üzərində səfər qələbəsi qazanan “Bavariya” (2:1) bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Kinqsli Koman matçın ilk hissəsində zədələnərək əvəzlənib.

Tibbi müayinə zamanı Fransa millisinin üzvünün bud əzələsindən xəsarət aldığı müəyyənləşib. İlkin ehtimala görə, 24 yaşlı oyunçunun zədəsi ciddidir və uzun müddət komandadan ayrı qalacaq. Ancaq yekun qərar müayinənin nəticəsinə əsasən veriləcək.

Qeyd edək ki, aktivindəki xalların sayını 30-a çatdıran “Bavariya” turnir cədvəlində liderliyə yüksəlib.