11:36 21-12-2020
news_image
67
FUTBOL

İlk yaşandı – Bakı klublarının duelində

“Səbail” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk səfər qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, XII turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib.

2:0 hesabı ilə qalib gələn Aftandil Hacıyevin yetirmələri rəqib meydanında son uğuruna da “Keşlə” ilə görüşdə imza atmışdı. Ötən mövsümün fevralın 7-dəki qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn “Səbail” sonrakı 7 səfər matçında qələbəyə həsrət qalmışdı. 

“Keşlə”nin qapısına vurulan ilk top isə yubileylə əlamətdar olub. “Dənizçilər” Premyer Liqada 75-ci qoluna imza atıb, ardınca bu rəqəmi 76-ya çatdırıb. Buna 87-ci görüşündə çatan “Səbail” evdə 32, səfərdə 44 qol vurub.