11:53 21-12-2020
news_image
65
FUTBOL

75-ci heç-heçə - 284-cü oyunda

“Sumqayıt” Azərbaycan çempionatında 75-ci heç-heçəsini edib.

Apasport.az saytı xəbər verir ki, bu, Premyer Liqanın XII turunda baş verib.

“Gənclik şəhəri” təmsilçisi “Zirə” ilə səfər matçında sülhə imza atıb – 2:2. Sumqayıtlılar evdə 36, səfərdə 39 bərabərliyə nail olub. 75-ci heç-heçə 284-cü oyunda qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” heç-heçə sayında ölkə çempionatının 11-cisidir. Ən çox heç-heçə isə “Qarabağ”dadır – 189.