11:56 21-12-2020
news_image
64
FUTBOL

Yalnız “Qarabağ”da – 450 oyun

Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib.

“Qəbələ” ilə səfər matçına (1:1) qədər Ağdam klubunda 449 görüşə çıxan 31 yaşlı müdafiəçi yubiley oyununda start heyətində yer alıb. Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “Qarabağ”ın rekordçusu olan Maksim 450 qarşılaşmada 13 qol vurub. O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.

Qeyd edək ki, “Qarabağ”ın kapitanı klubun əsas heyətində 2006/07 mövsümündə debüt edib.