13:17 21-12-2020
news_image
93
FUTBOL

“Real”ın futbolçusundan imtina etdi - “Vilyarreal”

İspaniyanın “Vilyarreal” klubu yarımmüdafiəçisi Takefusa Kubodan imtina etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, “Real”dan icarəyə götürülən yaponiyalının geri qaytarılması gündəmdədir. 

Baş məşqçi Unay Emeri asiyalıya güvənmir və onun mövqeyində Yeremi Pinoya üstünlük verir. Klub rəhbərliyi Kubonu qaytarmaqla maaş cədvəlində yeni transfer üçün boşluq yaratmaq fikrindədir.

Qeyd edək ki, 2019-cu ildə “Tokio”dan azad agent kimi “Real”a keçən Takefusa ötən mövsüm “Malyorka”da icarədə olub.