13:33 21-12-2020
news_image
162
DİGƏR NÖVLƏR

İdman sahəsində fəxri ad alanların sayı açıqlandı - 2020-ci ildə

2020-ci ildə idman sahəsində fəxri ad alanların sayı açıqlanıb.

Bu barədə apasport.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Ümumilikdə 41 nəfərə fəxri ad verilib. Onlardan 20-si Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 12-si Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, 7-si Azərbaycan Respublikasının Əməkdar İdman Ustası fəxri adına, 2 nəfər isə Respublika dərəcəli hakim adına layiq görülüb.