14:39 21-12-2020
news_image
110
FUTBOL

Transfer siyahısı bəlli oldu - “Milan”ın

İtaliyanın “Milan” klubunun qış transfer dövrü üçün siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyasının lideri heyətini ciddi şəkildə gücləndirmək niyyətindədir.

Milanın eyniadlı təmsilçisi hücum xəttini gücləndirməyə 4 futbolçunu namizəd görür. Bunlar Luka Yoviç (“Real”), Doniel Malen (PSV), Arkadiuş Milik və Fernando Lorentedir (hər ikisi “Napoli”).

“Strasburq”un müdafiəçisi Məhəmməd Simakan arxa xəti gücləndirməlidir. Bubakari Sumare (“Lill”) və Andre-Frank Zambo-Anqssa (“Fulhem”) yarımmüdafiəyə yeni güc qatmalıdır. Sonuncu iki futbolçu ilə bağlı icarə variantı da istisna deyil.

Qeyd edək ki, “Milan” A seriyasında “İnter”i 1, “Yuventus”u 4 xal qabaqlayır.