16:22 21-12-2020
news_image
136
FUTBOL

“Barselona”da qala biləcəyini açıqladı - Messi

“Barselona”da qalacağımı istisna etmirəm”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi deyib.

Argentinalı superulduz AS nəşrinə açıqlamasında mövsümün sonunda ayrılacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. 33 yaşlı oyunçu qalmaq ehtimalının olduğunu gizlətməyib: “Düzdür, yayı çox pis keçirdim. Ardından mövsümün necə bitəcəyindən narahat idim. Ancaq indi yaxşıyam və hər cəbhədə ciddi mübarizə aparmaq istədiyimi hiss edirəm. Həm komandanın, həm də klubun çətin dönəmdən keçdiyini bilirəm. “Barselona”nı əhatə edən hər şeyin mənfi təsiri var. Amma burada sona qədər mübarizə aparacağam”.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Messi ilə Fransanın PSJ və İngiltərənin “Mançester Siti” klubu maraqlanır.