17:39 21-12-2020
news_image
153
FUTBOL

5 günə 3-cü ayrılıq – “Zirə”də

“Zirə” klubunda son beş gün ərzində 3-cü ayrılıq reallaşıb.

Apasport.az-ın Bakı təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Rəşad Eyyubov yola salınıb.

28 yaşlı orta sahə oyunçusunun mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Eyyubov komandaya mövsümün əvvəlində “Sabah”dan keçmişdi.

Qeyd edək ki, “Zirə” ötən həftə braziliyalı hücumçu Kayo Rangel və şimali makedoniyalı məşqçi Borçe Xristovla yollarını ayırıb.