22:17 21-12-2020
news_image
430
DİGƏR NÖVLƏR

İlin ən yaxşılarını açıqladı - AİJA

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2020-ci ilə yekun vurub.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, ənənəyə sadiq qalan assosiasiya hər ilin sonunda olduğu kimi yenə ən yaxşıları müəyyənləşdirib.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan AİJA 25 illik yubileyində qalib nominasiyalarını həmişəki ilə müqayisədə fərqli təqdim edib.

2020-ci il Azərbaycan üçün 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz, 30 ilə yaxın erməni işğalında olan doğma Qarabağ torpaqlarımızın azad edilməsi ilə əlamətdardır. Bu böyük qələbədə jurnalistlərimizin, digər yaradıcı insanların, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olub. AİJA da mükafatçılar sırasında ön cəbhədə vuruşan həmkarlarımıza yer verib.


Vətən Müharibəsində ön cəbhədə şücaət göstərmiş idman mediası əməkdaşları
Süleyman Vəliyev  (CBC SPORT) 
Xəyal Sadıqov (CBC SPORT)
Mehman Əşrəfov (sportal.az)
Daşqın Əziz (offsideplus.az)
Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi)
Vüsal Qurbanov (ATV) 
Emin Səfərov (qafqazinfo.az)

Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizin ruhuna dərin ehtiramla şəhid Ülvi Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədov xüsusi diplomla təltif edilib.
 
2020-ci ilin idman laureatları

İlin idman jurnalisti
Anar İsgəndərov (Şəbanoğlu) - müstəqil jurnalist
 
İlin idman telejurnalisti
İlkin Xəlilov (Fikrətoğlu) - ATV

İlin teleaparıcısı
Əminə Kazımova (CBC SPORT)

İlin teleşərhçisi
Rüstəm Əfsərli (CBC SPORT)

İlin radio jurnalisti
İlkin Baba (Azərbaycan Radiosu)

İlin mətbuat katibi
Elmar Abdullazadə (“Zirə” Futbol Klubu)
 
İlin idman fororeportyoru
Rüstəm Fərman İsmayılov (azpress.az)

İlin idman informasiya agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC
 
İlin idman telekanalı
İTV
 
İlin idman radiosu
Azərbaycan Radiosu
 
İlin idman qəzeti
“Futbol+”
 
İlin idman saytı
qol.az   
 
İlin idman kitabı
“Şuşali laynsman Tofiq Bəhramov”, Müəllif Əbülqasım Novruzov, Bakı – 2020, “Avropa” Nəşriyyatı
 
İlin idman xadimi
Fariz Nəcəfov (“Qəbələ” Futbol Klubunun prezidenti)
Vətən müharibəsinin könüllü iştirakçısı

İlin idmançısı
Qadınlar

1. İrina  Kindzerska (cüdo, Avropa çempionatı, gümüş medal)
2. Zöhrə Ağamirova (bədii gimnast, Avropa çempionatının finalçısı)
3. İrina   Zaretska (karate, Beynəlxalq turnirin qalibi)
Kişilər
1. Orxan Səfərov (cüdo, Avropa çempionu)
2. Tayfur Əliyev (boks, Olimpiadaya lisenziya qazanıb)
3. İslambek Dadov (güləş, Fərdi Dünya Kuboku, gümüş medal)

İlin komandası
Bədii gimnastika üzrə milli komanda Avropa çempionatı, gümüş medal
 
İlin məşqçisi 
Mariana Vasilyeva (Bədii gimnastika, millinin baş məşqçisi)
 
İlin idman qurğusu 
Türkiyənin Başakşəhər Fatih Terim stadionu