22:33 21-12-2020
news_image
116
FUTBOL

Futbolçu dəyişir – “Liverpul” “Şalke” ilə

İngiltərənin “Liverpul” klubu Almaniya “Şalke”si ilə futbolçu dəyişikliyi edəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi helzenkirhenlilərin müdafiəçisi Ozan Kabakı yanvarda heyətində görmək istəyir.

Mersisaydlılar 20 yaşlı türk futbolçu üçün belçikalı Divok Oriqini Bundesliqa klubuna göndərməyə hazırdır. Forvard əvvəllər də Almaniyada çıxış edib. O, “Volfsburq”un şərəfini qoruyub.