
22:01
Almaniyanın “Bayer” klubunun futbolçuları Lars və Sven Bender qardaşları karyeralarını başa vurmaq qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, müdafiəçilər mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq.
Əkizlərin 2021-ci ilin aprelində 32 yaşı tamam olacaq. Onlar mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.
Qeyd edək ki, Lars 2009-cu, Sven 2017-ci ildən Leverkuzen təmsilçisində oynayır.